Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Trabzonspor"un önəmli futbolçusu bıçaq altına yatdı -Sabah evdə olacaq
Türkiyənin “Trabzonspor” komandasının hücumçusu Jervinyo əməliyyat olunub.
Sportfm.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Fransada baş tutan əməliyyatın uğurlu keçdiyi bildirilir. Afrikalı forvardın sabah xəstəxanadan evə buraxılacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Jervinyo Super Liqanın 11-ci turunda qarşılaşdıqları “Rizəspor”la matçda (2:1) zədələnib. Sağ çarpaz bağı qopan 34 yaşlı forvardın azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağı iddia olunur. Bu isə o deməkdir ki, Jervinyo üçün mövsüm erkən başa çatıb.
Oxşar xəbərlər
Amil Yunanov əməliyyat olundu
Jervinyo Türkiyədən ayrıldı
“Trabzonspor” növbəti qələbəsini qazandı - Türkiyə Super Liqası
Müdafiəçi Qara Dəniz klubuna lazım olmadı
"Keşlə"nin futbolçusu bir il yaşıl meydanlardan kənarda qalacaq - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası