reklam
Jervinyo Türkiyədən ayrıldı
Sportfm.az xəbər saytı

Jervinyo Türkiyədən ayrıldı


Futbol üzrə Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Jervinyo Türkiyənin “Trabzonspor” klubundan ayrılıb.

Sportfm.az xəbər verir ki, 35 yaşlı forvard karyerasını Yunanıstanın “Aris” komandasında davam etdirəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Artıq Yunanıstana yollanan futbolçu tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Jervinyo 2021-ci ilin yayından “Trabzonspor”da çıxış edirdi. Təcrübəli forvard geridə qalan mövsümdə bu komandanın heyətində cəmi 13 matça çıxıb və 2 qol vurub. O, daha öncə “Beveren”, “Le Mans”, “Lill”, “Arsenal”, “Roma” “Hebey” və “Parma” klublarında da forma geyinib.

Oxşar xəbərlər

Super Liqa klubunda ayrılıq - Müqaviləyə xitam verildi
Balotelli Türkiyədən getdi - Transfer
"Trabzonspor"un önəmli futbolçusu bıçaq altına yatdı - Sabah evdə olacaq
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
Super Liqa klubu iki transferi birdən etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər