Musayevin "Sabah"dakı tələbi - Nizam-intizam
Azərbaycan Premyer Liqasının növbəti turunda “Zirə”ni qəbul edəcək “Sabah” matçın hazırlıqlarını tamamlamaq üzrəddir.
Sportfm.az xəbər verir ki, yeni baş məşqçi Murad Musayevin rəhbərliyi altında məşqə çıxan komanda müxtəlif fiziki və taktiki təmrinlərə diqqət yetirib.
Rusiyalı çalışdırıcı artı öz prinsipləri ilə futbolçuları tanış edib. “Krasnodar”ın sabıq sükançısı nizam-intizamla bağlı məsələlərə kifayət qədər həssas yanaşdığını bildirib.
Musayev uğurlu çıxışın bunun sayəsində mümkün olacağını söyləyib.
O, klubun yaksək məqsədlər üçün yola çıxdığını, rəhbərlik tərəfindən kollektivə hər cür şərait yaradıldığını, özünün də gördüyü mənzərədən razı qaldığını vurğulayıb.
“Sabah” – “Zirə” oyunu noyabrın 6-da, saat 15:00-da “Bank Respublika Arena”da baş tutacaq.
Oxşar xəbərlər
"Sabah"ın uğurlu seriyası 10-a çatdı
İlk matçda “Sabah” "Səbail" ilə qarşılaşacaq - Premyer Liqa
“Sabah” “Zirə”yə qarşı - Premyer Liqa
Ramilin yeni komandasında ilk məşqi - VİDEO
"Sumqayıt" "Sabah" üçün başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası