Qrup mərhələsinin III turuna start verilir -Avropa Liqası
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçiriləcək.
Günün yeganə matçı G qrupunda Şotlandiya "Seltik"i ilə Macarıstan "Ferentsvaroş"u arasında olacaq.
Qlazqo şəhərindəki "Seltik Park" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.
İlk 2 turdan sonra xalı olmayan komandalar 3 - 4-cü yerləri bölüşdürür.
UEFA Avropa Liqası, qrup mərhələsi
III tur
19 oktyabr
18:30. "Seltik" (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan)
Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Ferentsvaroş" - 0, "Seltik" - 0
Qeyd edək ki, bu qrupun digər matçında Almaniya "Bayer"i İspaniyada "Betis"in qonağı olacaq. Görüş oktyabrın 21-də gerçəkləşəcək.
Oxşar xəbərlər
"Qalatasaray" 1/8 finalın bir addımlığında, "Legiya" qrupda qala bilər - Avropa Liqası
"Qalatasaray" mərhələ adlaya bilər - Avropa Liqası
"Qalatasaray" bərabərə qaldı, Mahirin komandası böyük hesabla uduzdu - Avropa Liqası
"Legiya" "Napoli"ni qəbul edir - Avropa Liqası
"Seltik" və "Dinamo" meydana çıxır - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası