reklam
Sportfm.az xəbər saytı

"Seltik" və "Dinamo" meydana çıxır -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutacaq.

Rumıniya təmsilçisi ÇFR Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. Macarıstan çempionu "Ferentsvaroş" Litva "Jalgiris"ini qəbul edəcək. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası evdə Kipr "Omoniya"sını, Avstriya "Rapid"i isə Çexiyanın "Sparta" (Praqa) komandasını sınağa çəkəcək.

"Seltik" isə Şotlandiyada Danimarka "Midtüllan"ı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)

20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtülland" (Danimarka)

Qeyd edək ki, bu raundun digər 7 görüşü iyulun 21-də keçiriləcək.

Oxşar xəbərlər

"Legiya" "Dinamo"nu qəbul edəcək - Çempionlar Liqası
II təsnifat mərhələsinə yekun vurulacaq - Çempionlar Liqası
"Dinamo" və "Şerif"dən qələbə - Çempionlar Liqası
II təsnifat mərhələsinə start veriləcək - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinə start verilir - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər