Azərbaycandan köç edən “Bryus Li” taliblərdən qaçmaq istəyir -VİDEO+FOTO
Honkonqlu və amerikalı döyüş sənətçiləri ustası, əfsanəvi Bryus Linin əfqanıstanlı bənzəri Abbas Əlizadə “Taliban” hərəkatının üzvlərinin təlim yoldaşını bıçaqlayaraq öldürülməsindən sonra həyatı ilə bağlı qorxularından və qaçmaq cəhdlərindən danışıb.
Sportfm.az xəbər verir ki, iki barmaq üzərində “jim” də daxil olmaqla bir çox məşq videolarını internetə yerləşdirdikdən sonra daha çox məşhurlaşan 28 yaşlı əfqanıstanlı avqust çevrilişindən sonra artıq məşq edə bilmədiyini deyir.
Onun sözlərinə görə, “Taliban” həzaralara – şiələrə nifrət edir, bu səbəbdən onların növbəti qurbanı ola biləcəyindən narahatdır. Gənc aktyor daim yerini dəyişdiyini, iki gündən artıq bir yerdə qalmadığını vurğulayıb.
A.Əlizadə Əfqanıstandan ailəsi ilə birlikdə qaçaraq Böyük Britaniyaya köçmək, növbəti “Bryus Li olmaq” və filmlərdə rol almaq istəyini dilə gətirib.
Məlumat üçün bildirək ki, Abbas Əlizadənin ailəsi uzun illər əvvəl Azərbaycanın Şəmkir rayonundan Әfqanıstana köç edib. O, bir neçə il öncə Bakıya film çəkilişləri üçün gəlmişdi. (Oxu.az)
Oxşar xəbərlər
Tanınmış məşqçi karyerasını bitirdi - 62 yaşında
Stiv Bryus İngiltərə klubunda - Müqavilə
İdman kanalı fəaliyyətini dayandırdı - Açıqlama
FİFA bəzi ölkələrə müraciət etdi - Əfqanıstandakı qadın futbolçularla bağlı
Yaşasaydı 72 yaşı olacaqdı...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
XI turun oyun cədvəli - II Liqa
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası