reklam
FİFA bəzi ölkələrə müraciət etdi -
Sportfm.az xəbər saytı

FİFA bəzi ölkələrə müraciət etdi -Əfqanıstandakı qadın futbolçularla bağlı


FİFA bəzi dövlətlərə müracit edib.

Sportfm.az xəbər verir ki, ali futbol qurumunun hökumətlərə ünvanlanan məktubunda Əfqanıstandan qadın futbolçuların təcili təxliyəsi ilə bağlı məsələ nəzərdə tutulub. Bu barədə BBC məlumat yayıb.

Məktubda bildirilib ki, qadın futbolçular Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra öz həyatları üçün təhlükə hiss edirlər. FİFA hesab edir ki, Əfqanıstanda vəziyyət qeyri-sabit və gərgin olaraq qalır. Buna görə də, əfqanıstanlı qadın futbolçuların ölkədən çıxarılması zərurəti yaranıb.

Xatırladaq ki, radikal hərəkatın döyüşçüləri avqustun 15-də paytaxt Kabilə daxil olaraq, Əfqanıstanda “müharibənin başa çatdığını", ölkənin "azad olduğunu” bildiriblər. Hərəkatın nümayəndələri qeyd ediblər ki, tezliklə İslam əmirliyinin yaradılmasını elan edəcəklər. “Taliban” həmçinin xarici qoşunların ölkədən çıxarılmasını tələb edib.

Oxşar xəbərlər

İdman kanalı fəaliyyətini dayandırdı - Açıqlama
Əfqanıstanın futbol yığması ölkəni tərk etdi
FİFA təkzib etdi - Qaydalar dəyişməyəcək
Transferlərdə yaş limiti dəyişir - FİFA
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər