reklam
İdman kanalı fəaliyyətini dayandırdı -
Sportfm.az xəbər saytı

İdman kanalı fəaliyyətini dayandırdı -Açıqlama


Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.

Sportfm.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalının verdiyi məlumatda deyilir.

“3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş “Taliban” hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.

“Son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər. “Taliban”ın hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb”, – deyə Səlim Poya qeyd edib.

Oxşar xəbərlər

BOK VAR Mərkəzi fəaliyyətini dayandırdı
Pikenin tennis agentliyi bağlandı
“Məşqçilər Komitəsi” fəaliyyətini dayandırdı
"Neftçi"də fəaliyyətini dayandırdı - Koronavirusa görə
Dünya çempionatı keçirilən ölkədə futbol klubu dağıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər