Yığmamızın lisenziya yarışı üçün heyəti açıqlandı -SİYAHI
Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turniri üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.
Komanda Bolqarıstana mayın 6-da yollanacaq. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq.
Güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.
Dünya Olimpiya Təsnifat Turnirinə mayın 9-da yekun vurulacaq.
Oxşar xəbərlər
Abubakr milli komandamızın heyətində olacaq - Heyət
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri
Millimizin heyəti açıqlandı - Olimpiya Təsnifat turniri
Güləşçilərimiz mübarizəyə başlayır - Lisenziya turnirində
Yığmalarımızın heyəti açıqlandı - Lisenziya turniri üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası