reklam
Azərbaycan millisi Avropada 13-cüdür
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Avropada 13-cüdürIFFHS


UEFA-ya üzv olan ölkələrin milli komandalarının tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 55 yığmanın hər birinin rekordçusunu təqdim edib.

Azərbaycan millisi də siyahıda yer alıb. Komandamızın mütləq rekordçusu Araz Abdullayevdir. Yarımmüdafiəçinin millidəki debütü 16 yaş 172 günlüyündə gerçəkləşib. 2008-ci il oktyabrın 11-də ilk dəfə milli forma geyinən futbolçu iki gündən sonra yığma karyerasının 13 illiyini tamamlayacaq.

Azərbaycan millisi debütantının gəncliyinə görə Avropada 13-cüdür. Yəni yalnız 12 yığmada daha gənc oyunçular olub.

Avropa rekordu serbiyalı Antun Rudinskiyə məxsusdur. O, 15 yaş 32 günlüyündə milli forma geyinib.

Serbiyadan başqa, Şimali İrlandiya, Macarıstan, Lüksemburq, Norveç, Çexiya, Belçika, Türkiyə, Yunanıstan, İtaliya, Ermənistan və Andorrada da daha gənc debütant olub.

Oxşar xəbərlər

Avropa klublarında ən çox qol vuran futbolçular - SİYAHI
Vaqif Cavadov tarixə düşdü - Avropa çempionatları
Avropanın yeni rekordçusu – Serxio Ramos!
Ündər Avropanın ən məhsuldar gənc futbolçusu oldu
DÇ - 2018 seçmə qrup mərhələsində növbəti oyunlar başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər