reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də daha bir idman növü fəaliyyət göstərəcək


“Qəbələ” İdman Klubunda daha bir idman növü üzrə bölmə fəaliyyətə başlayıb.
Sportfm.az xəbər verir ki, yunan-Roma güləşi bölməsi oktyabrın 1-də açılıb. Klubun gənc pəhləvanlarına yeniyetmələr arasında dünya çempionu Ruhin Mikayılov hazırlıq keçir. Azərbaycanın və “Qəbələ”nin sabiq güləşçisi idmançı karyerasını başa vurduqdan sonra məşqçi fəaliyyətinə doğma klubda start verib. Qəbələnin Soltannuxa kəndindən olan mütəxəssis gənc və yeniyetmə idmançılara güləşin sirlərini öyrədir.
Xatırladaq ki, Qəbələ rayonunda cüdo, boks, sərbəst güləş və MMA bölmələri də fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rəsul Çunayev güləş məktəbi açdı
Güləşçilər arasında Azərbaycan çempionatına start verildi
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Millimizin sabiq üzvü "Qəbələ"də baş məşqçi oldu
“Qəbələ Open” beynəlxalq birinciliyi başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər