reklam
Sportfm.az xəbər saytı

"Keşlə" ilk qələbəsini qazandı -Premyer Liqa


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilir.

Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutacaq.

Günün ilk görüşündə autsaydərlər üz-üzə gəlib. "Keşlə" ev matçında "Sabah"ı məğlub edib. 

Günün son oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Hazırda flaqman 10 xalla 4-cü, "dənizçilər" isə 6 xalla 6-cı pillədə qərarlaşıb. Bu, komandaların öz aralarındakı 16-cı Premyer Liqa matçı olacaq. Əvvəlki 15 qarşılaşmada qonaqlar 10, meydan sahibləri 2 qələbə qazanıb. 3 görüş isə heç-heçə yekunlaşıb. "Ağ-qaralar"ın 34 qoluna rəqibi 10 qolla cavab verib.

“Neftçi” ardıcıl 4 oyunda qələbə qazanıb. “Səbail” isə son 8 matçda qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası

VI tur

2 oktyabr (şənbə)

17:00. “Keşlə” –“Sabah” - 2:0 

Qol: Merab Giqauri, 3. Felipe Santos, 90+5
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

Oxşar xəbərlər

“Qəbələ” ilə “Qarabağ” üz-üzə - Premyer Liqa
"Neftçi" "Sabah"a qarşı - YENİLƏNİR
“Zirə” – “Sumqayıt” oyununu Rauf Cabarova tapşırıldı - Azərbaycan Premyer Liqası
"Zirə" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Neftçi" və "Keşlə" arasında yubiley oyunu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər