"Zirə" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı -Azərbaycan Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı paytaxtda olacaq. 31 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 18 xalla sonuncu sırada yer alan "Keşlə"ni qəbul edəcək. Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəliblər. Bunların 7-də meydan sahibləri, 6-da qonaqlar 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Bu rəqiblərin Premyer Liqadakı son 5 qarşılaşmasında ən azı 4 qol vurulub. “Keşlə” ardıcıl 3 səfər matçında "Zirə"yə uduzub.
Turun son oyununda "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. Hazırda 43 xalla 2-ci pillədə gedən Ağdam klubu yenidən vahid liderə çevrilməkdən ötrü uduzmamalıdır. "Gənclik şəhəri" təmsilçisi isə 29 xalla 4-cüdür.
Bu, komandaların çempionatda 35-ci oyunu olacaq. Əvvəlki 34 görüşün 24-də "köhlən atlar", 5-də isə qonaqlar qələbə qazanıb. Digər 5 matç isə heç-heçə yekunlaşıb. “Sumqayıt” son 4 Premyer Liqa oyununda rəqibinə qalib gələ bilməyib. “Qarabağ” isə ardıcıl 10 ev oyununda qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXII tur
17:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
19:15. “Qarabağ” – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə edib.
Oxşar xəbərlər
"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
“Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Sumqayıt" "Zirə" ilə üz-üzə - YENİLƏNİR
"Sabah" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı - Premyer Liqamızda III tur
Premyer Liqa oyunlarına təyinatlar açıqlandı - XXII tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası