"Komandamın çıxışından razı qaldım" -Qurban Qurbanov
"Bəzi futbolçularımız meydanda olmasa da, komandamın çıxışından razı qaldım. Azarkeşlərimizə isə təşəkkür edirəm".
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Toral Bayramovun yoxluğunda Kevin Medinanın sol cinahda yer alması variantlardan biridir: "Bəzi futbolçuları lazım gəldikdə, müxtəlif mövqelərdə sınayırıq. Bəzən zədələr olduqda bunlardan yararlanırıq. Maksim Medvedevə isə bəzi tapşırıqlar verilmişdi. Ona görə o, cinahda çıxış etmədi. Bəzi detallar var idi, bunları burada xırdalamasaq yaxşıdır".
Qurbanov oyundan-oyuna statistika apararaq, kimlərin nə vaxt yorulduqlarına baxdıqlarını söyləyib.
"Bu dəfə məni Ramil Şeydayev və Musa Qurbanlının qol vurması yox, qələbə sevindirdi. Şeydayev artıq daha inamlı olmağa başlayır. Onun istəyi və bizim tələblərimiz Ramilə daha da güc verir" deyən baş məşqçi qış transferinə hazırlığı işlərinin bir hissəsi adlandırıb. O, hər transfer pəncərəsində bir neçə oyunçu cəlb etməyi və mövcud heyəti qorumağı düşündüklərini vurğulayıb: "Bu tempi qorumaq asan deyil. Hər oyunda qalib gəlmək istəyirsən. Qışda da çalışacağıq ki, heyətə bir neçə oyunçu cəlb edək. Yayda alınmayan variantların qışda baş tutmasını istərdik".
Oxşar xəbərlər
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Hamı oyunçu axtarışındadır" - Qurban Qurbanov
"Mahir Emreliyə Polşa klubundan təklif gəlib" - Qurban Qurbanov
Qurban Qurbanov: Daha çox xal toplaya bilərdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası