"Futbolçular çox yoruldular" -Qurban Qurbanov
"Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: "Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".
Oxşar xəbərlər
"Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etdilər" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Rəqibi öz meydanımızda qəbul edirdik" - Qurban Qurbanov
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov
"Yaxşı komandaya qarşı oynadıq" - "Qarabağ"ın məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası