reklam
Sportfm.az xəbər saytı

"Demək olar ki, azlıqda oynayırdıq" -De Byazi


“Qələbə qazanmaq üçün təcrübə çatmadı. Oyunumuzda inkişaf görünür. Rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi".

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində səfərdə İrlandiya ilə 1:1 hesablı bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Nəticə məni qane etdi" - deyə o bildirib..
De Byazi heç vaxt futbolçularına müdafiədə oynamağı tapşırmadığını vurğulayıb: "Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hissi olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq".

Oxşar xəbərlər

Həyasız Canni De Byazi: "Əla oynadıq"
"İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq" - De Byazi
"Rəqib qapısına 15 zərbə vurduq" - De Byazi
"Son saniyəyədək mübarizə aparmalıyıq" - De Byazi
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər