reklam
Sportfm.az xəbər saytı

"Son saniyəyədək mübarizə aparmalıyıq" -De Byazi


"Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissədə keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq".

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır. Evə yaxşı nəticə ilə dönmək istəyirik" - deyə o bildirib.
De Byazi sabahkı matç üçün heyətlə bağlı demək olar ki, qərar verdiyini vurğulayıb: "Ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Demək olar ki, azlıqda oynayırdıq" - De Byazi
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Bizim üçün vacib test olacaq" - De Byazi
“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” - Canni De Byazi
"İstədiyimizi ortaya qoya bilmədik" - Canni de Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər