reklam
Sportfm.az xəbər saytı

"İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq" -De Byazi


“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik". 

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu" - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

Oxşar xəbərlər

Yığmamız Şimali Makedoniyaya uduzdu
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi
“Rəqib yaxşı komandadır” – De Byazi
"Demək olar ki, azlıqda oynayırdıq" - De Byazi
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər