
"Keşlə"nin dərdi var, "Keşlə" xəstədi - TƏHLÜKƏ
Azərbaycan 1994-cü ildən dünya futbol ailəsinin bir parçasıdı. Komandalarımız uzun illərdi avrokuboklarda çıxış edir, ancaq hələ də, infrastruktur və idarəçilik baxımından "Köhnə dünya"nın klublarından çox geri qalırıq. Ən ağrıdıcı məqam isə ondan ibarətdir ki, inkişaf etmək, səhvləri düzəltmək istəyi yox dərəcəsindədi.
Bir zamanlar "Şəfa" stadionu Azərbaycanda uşaq futbolunun beşiyi sayılırdı. Bakıda övladını futbolçu kimi görmək istəyən valideynlərin böyük əksəriyyəti onun əlindən tutub "Şəfa" stadionuna gətirirdi. Həmin "Şəfa" stadionunaki, hazırda "Keşlə" futbol klubunun himayəsindədi və ASK Arena adlanır. Arenanın məşq üçün nəzərdə tutulan 2-ci meydançası illərdir istifadəsiz qalıb. Bu həmin meydançadırki, indi Avropanın yaşıl meydanlarında qollarını sıralayan Mahir Emreli vaxtilə tarixin yaddaşına köçmüş "Bakı"nın zolaqlı formasıyla o dövrdə ölkədə uşaq futbolunun yükünü tək başına belində daşıyan "Sabahın ulduzları" turnirində burda oynayırdı. Baxımsızlıqdan çala-çuxur sahəyə bənzəyən meydançanın hazırki durumunu ürək ağrısız izləmək mümkün deyil.
Artıq uzun illərdi "Şəfa" stadionunda əvvəlki qələbəlik də yoxdu. "Keşlə"nin bütün aşağı yaş qruplarının(!!!) məşq etdiyi asfalta dönən "sintetik" örtüklü 4-cü meydança uşaqların ciddi şəkildə zədələnməsinə səbəb olduğu üçün valideynlər burdan qaçır, uşaqlarını başqa klublara aparır. 4-cü meydançanı eyni saatda 5-6 yerə bölərək məşq keçən məşqçilərin maaşları ilbəil azaldılır, aylarla verilmir, gecikdirirlir. Üstəlik klubun dırnaqarası futbol akademiyasında tez-tez səbəbsiz şəkildə ixtisarlar olur. "Keşlə"yə bir gələn sevinir, bir də gedən. Bir sözlə artıq "Keşlə"də əlacsız qalan, işsiz qalmamaq üçün çalışmağa məcbur olan mütəxəssislər işləyir(Hazırda komandanın aşağı yaş qruplarında çalışan məşqçilər 350-500 manat arası maaş alır).
Bir dönəm Azərbaycan futboluna xeyli sayda istedadlı futbolçu bəxş edən "Keşlə"nin futbol məktəbi(akademiya deməyə adamın dili gəlmir - P.S) yalnış idarəçilik(Bax - klub prezidenti Zaur Axundov) ucbatından yox olmaq təhlükəsi ilə üz-üzədi. Təəssüflər olsun ki, AFFA buna göz yumur və görməzdən gəlir. Bu gedişlə "Keşlə"ni vaxtilə biganəlik ucbatından dağılan "Bakı"nın aqibəti gözləyir.
Araz Əhmədov

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |