reklam
Şəhriyar Məmmədyarov dördüncü oldu -
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov dördüncü oldu -Çempionlar Turu


Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində daha 5 turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 6-cı turda Avonder Lianqı (ABŞ) məğlub edib. Yeddinci turda ermənistanlı Levon Aronyanla heç-heçə edən şahmatçımız sonrakı qarşılaşmada niderlandlı Yorden Van Forest üzərində qələbə qazanıb. Ş.Məmmədyarov sonrakı turlarda Maqnus Karlsen və ABŞ təmsilçisi Uesli So ilə qarşılaşmalarını da heç-heçə ilə başa vurub. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 10 turun nəticəsinə görə, 6,5 xalla 4-cü pillədədir.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Oxşar xəbərlər

"Şah" yenə mat oldu - "Meltwater Champions Chess Tour"
Şəhriyar Məmmədyarov hindistanlıya məğlub oldu - Champions Chess Tour
Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi - Champions Chess Tour
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov Aronyanla bərabərə qaldı - Mərhələ keçdi Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər