Şəhriyar Məmmədyarov hindistanlıya məğlub oldu -Champions Chess Tour
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun IV turunda hindistanlı Ergaisi Arjunla üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. İti zəka sahibi hazırda 3 xalla Arjunla birlikdə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
Oxşar xəbərlər
Məmmədyarov məğlubiyyətlə getdi - “Champions Chess Tour”
"Şah" yenə mat oldu - "Meltwater Champions Chess Tour"
Şəhriyar bu dəfə uduzdu - “Meltwater Champions Chess Tour”
Şəhriyar Məmmədyarov finalda - Meltwater Champions Chess Tour
Məmmədyarov pley-offda - Meltwater Champions Chess Tour
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası