reklam
İlham Zəkiyev karantinə alındı -
Sportfm.az xəbər saytı

İlham Zəkiyev karantinə alındı -Tokio-2020


Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində iştirak edəcək Azərbaycan komandasının bayraqdarı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ olsa da, onlar da karantinə alınıb.

Cüdoçulardan gündəlik test nümunələri götürüləcək. Həmin idmançıların açılış mərasimində iştirakına icazə verilməyib. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev var. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.

Oxşar xəbərlər

Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi - FOTO
İlham Zəkiyevdən sürpriz - VİDEO
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər