Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana” stadionunda XV Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Sportfm.az xəbər verir ki, Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub. Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, "Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparıb. XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Rusiya və Belarus idmançıları paralimpiada qadağası
Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb
Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi - FOTO
İlham Zəkiyevdən sürpriz - VİDEO
Azərbaycanın paralimpiya yığması Braziliyaya yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası