reklam
Sportfm.az xəbər saytı

"Benfikaçuk" -portuqaliyalılar rusları qıcıqlandırır


Portuqaliyanın "Benfika" klubu rəsmi tvitter səhifəsinin adını müvəqqəti olaraq dəyişib.

Sportfm.az xəbər verir ki, Lissabon təmsilçisi bu addımı Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Çempionlar Liqasının cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçukun şərəfinə atıb.

Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı forvardın fotosunu yayımlamağı tələb ediblər. Bu isə sonda səhifənin adının dəyişdirilməsi ilə nəticələnib. Hazırda "Benfika"nın tvitter səhifəsi "Benfikaçuk" adlanır.

Qeyd edək ki, görüş portuqaliyalıların 260 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.

Oxşar xəbərlər

İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
MY ispanlara məğlub oldu - UEFA Çempionlar Liqasında
UEFA "Qarabağ"la bağlı yeni paylaşım etdi - FOTO
"Neftçi"nin sabiq prezidenti "Spartak" - "Benfika" oyununda - Çempionlar Liqası
Uğursuz nəticələri ona bağışlamadılar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər