Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz uduzdu, ümidimiz kubalıyadı -Tokio-2020
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Daniel Heçavarria ilə qarşılaşıb.
Abbasov rəqibinə 1:3 hesabı ilə uduzub. Heçavarria finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan Elis Manolova (68 kq) olimpiadanı medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.
Oxşar xəbərlər
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Güləşçimiz Avropa Oyunlarında gümüş medal qazandı
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
İslam Abbasov beşinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası