reklam
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
Sportfm.az xəbər saytı

Dünya çempionatında 3 güləşçimiz məğlub oldu


Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev (77 kq) yarışa qələbə ilə başlayıb. Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin, o, 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisi Aleksandr Çekirkinə uduzub.

Orxan Nuriyev (97 kq) 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisi Melonin Numonviyə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti (130 kq) də ilk mərhələdə ukraynalı Aleksandr Çernetskiyə uduzub.

Bununla da dünya çempionatında Azərbaycan təmsilçilərindən yeganə qızıl medalı yunan-Roma güləşçisi Eldəniz Əzizlinin (55 kq) qazandığı məlum olub.

Qeyd edək ki, Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) və qadın güləşçi İrina Netreba (65 kq) bürünc medal qazanıb. Bu gün daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal görüşünə çıxacaq.

Oxşar xəbərlər

Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq - Dünya çempionatı
Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Erməniyə uduzan güləşçimiz əsəblərini cilovlaya bilmədi - VİDEO
Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər