reklam
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı


Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov bürünc medala sahib olub.

87 kq çəki dərəcəsində yer alan Abbasov həlledici qarşılaşmada misirli rəqibini yenib. İlk hissəni 0:3 hesabı ilə geridə başa vuran azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, Abbasov ötən ilki dünya çempionatında olduğu kimi, yenə bürünc medal qazanıb.

Bu gün mübarizəyə qoşulan daha 2 yunan-Roma güləşçisi - Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) finala yüksəlib. Noyabrın 14-də keçiriləcək həlledici qarşılaşmada onlar müvafiq olaraq, Yaponiya və Misir təmsilçiləri ilə üz-üzə gələcəklər.

Bundan əvvəl Azərbaycanın dünya çempionatında medal qazanan güləşçiləri mükafatlandırılıb.

Oxşar xəbərlər

Güləşçilərimiz yenə qızıl medal qazandı
Güləşçimiz Avropa Oyunlarında gümüş medal qazandı
Güləşçimiz dünya çempionatının finalında
Güləşçimiz dünya çempionatının bürünc medalına sahib oldu - FOTO
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər