İslam Abbasov beşinci oldu
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, yarışın ilk günündə 71, 75, 85 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan İslam burada Kuba idmançısı ilə gərgin keçən görüşü üstün tamamlayıb. Güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslam Abbasov İran idmançısına uduzub və ilk dəfə qatıldığı böyüklər arasında Dünya çempionatını beşinci sırada tamamlayıb.
71 kq
Təsəlliverici görüş - Rəsul Çunayev - Mohammadali Abdolhamid Geraei (İRİ) 7:8
Təsəlliverici görüş - Rəsul Çunayev - Pavel Liax (BLR) 8:4
Təsəlliverici görüş - Luis Alfredo De Leon (DOM) - Rəsul Çunayev 0:8 (1.28 dəq)
1/16 final - Rəsul Çunayev - Frank Stabler (GER) 1:2
1/32 final - Rəsul Çunayev - Jefrin Benito Mejia Sambula (HON) 8:0 (1.37 dəq)
75 kq
1/16 final - Həsən Əliyev - Shohei Yabiku (JPN) 0:4
85 kq
Bürünc medal görüşü - İslam Abbasov - Hossein Ahmad Nouri (İRİ)
Təsəlliverici görüş - Daniel Qriqoriç Heçavarria (CUB) - İslam Abbasov 2:2*
1/4 final - Denis Maksimilian Kudla (GER) - İslam Abbasov 4:1
1/8 final - Atsuşi Matsumoto (JPN) - İslam Abbasov 1:4
1/16 final - Ricardo Diego Cardenas Esquen (PER) - İslam Abbasov 1:7
98 kq
1/8 final - Melonin Noumonvi (FRA) - Orxan Nuriyev 3:1
1/16 final - Kevin Mejia Castillo (HON) - Orxan Nuriyev 1:6
Oxşar xəbərlər
Güləşçimizdən bürünc medal - Poland Open
Güləşçimiz erməni dünya çempionunu belə məğlub etdi - VİDEO
Erməniyə uduzan güləşçimiz əsəblərini cilovlaya bilmədi - VİDEO
DÇ-2018: İki bürünc medal şansı davam edir
Sərxan Məmmədov Zaqrebdə gümüş medala yiyələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
-
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlandı - AFFA















Misli Premyer Liqası