Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçumuz yarımfinalda -Tokio-2020
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, milli idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşacaq.
Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.
Oxşar xəbərlər
Fransada 2 gümüş medal - “Böyük Dəbilqə”
Azərbaycan cüdoçusu finala yüksəldi - Qran-pri
İki cüdoçumuz finalda - "World Masters"
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Rüstəm Orucov Almaniyada medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası