Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan cüdoçusu finala yüksəldi -Qran-pri
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.
Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun rəqibi polşalı Sebastyan Oldak olub. Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.
Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.
Oxşar xəbərlər
Fransada 2 gümüş medal - “Böyük Dəbilqə”
Hidayət Heydərov israilli cüdoçu ilə üz-üzə - Qran-Pri turniri
Cüdoçularımız 2 medal qazandı - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası