• 20:41 Bazar ertəsi
    18 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Rüstəm Orucov Almaniyada medal qazandı

Rüstəm Orucov Almaniyada medal qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Orucov əlcəzairli Fethi Nureni vaxtından əvvəl, italiyalı Covanni Espozitonu vaza-ari hesabına üstələdikdən sonra 1/4 finala çıxıb. Lakin yarımfinala gedən yolda onun qarşısını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və ötən il Düsseldorf "Böyük Dəbilqə"sinin finalında uduzduğu yaponiyalı Söhey Ono kəsib. Olimpiya və 4 qat dünya çempionu tituluna malik Ono azərbaycanlı cüdoçuya 1 dəqiqə 38 saniyəyə ipponla qalib gəlib. O, həm də finalda həmyerlisi Masaşi Ebinumanı yenərək, "Böyük Dəbilqə"nin qalibi olub.

Orucov isə təsəlliverici görüşdə polşalı Viktor Mrovçinskini 1 dəqiqə 49 saniyəyə, bürünc medal görüşündə isə dünya və Avropa çempionatlarının mükafatçısı, rusiyalı Musa Moquşkovu 3 dəqiqə 14 saniyəyə ipponla ipponla məğlub edib. Beləliklə, təcrübəli cüdoçu ötən il gümüş medal qazandığı Düsseldorfda bu dəfə bürünc medala sahib çıxıb.

Bu, Azərbaycan yığmasının "Böyük Dəbilqə"də ilk medalı olub. Bu gün mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan Fəqan Quluzadə və Murad Fətiyev iki mərhələ keçmələrinə baxmayaraq, 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar. İlk yarış günündə isə 3 kişi və 4 qadın cüdoçu erkən məğlubiyyətlərə düçar olublar.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin son günündə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.

"Böyük Dəbilqə"

Kişilər

73 kq

Bürünc medal görüşü: Rüstəm Orucov - Musa Moquşkov (Rusiya)

Təsəlliverici görüş. Rüstəm Orucov - Viktor Mrovçinski (Polşa)

1/4 final. Rüstəm Orucov - Şohey Ono (Yaponiya)

1/8 final. Rüstəm Orucov - Giovanni Esposito (İtaliya)

1/16 final. Rüstəm Orucov - Fethi Nourine (Əlcəzair)

81 kq

1/8 final. Fəqan Quluzadə - Anri Equtidze (Portuqaliya)

1/16 final. Fəqan Quluzadə - Kristian Parlati (İtaliya)

1/32 final. Fəqan Quluzadə - Boka Donqvani (Gürcüstan)

1/8 final. Murad Fətiyev - Matias Casse (Belçika)

1/16 final. Murad Fətiyev - Vlad Visan (Rumıniya)

1/32 final. Murad Fətiyev - Nikon Zaborosçuk (Moldova)

скачать dle 10.4 UTF-8Forex для начинающих

24-02-2019
301
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
21-11-2020
Qadın cüdoçumuz gümüş medal qazandı -
Qadın cüdoçumuz gümüş medal qazandı - Avropa çempionatı
20-11-2020
Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq -
Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq - Avropa çempionatı
19-11-2020
Cüdoçularımızın ilk rəqibləri məlum oldu -
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
24-02-2020
"Böyük Dəbilqə"də daha 3 medal - FOTO
23-02-2020
Rüstəm
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
22-02-2020
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
13-12-2019
“Masters”:
“Masters”: Rüstəm Orucov bürünc medal qazandı
31-08-2019
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
30-08-2019
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
25-02-2019
Yığmamız Almaniyadan  qızıl medalla dönür
Yığmamız Almaniyadan qızıl medalla dönür
14-02-2019
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
25-01-2019
Cüdoçumuz Qran-pridə bürünc medal uğrunda güləşəcək
Cüdoçumuz Qran-pridə bürünc medal uğrunda güləşəcək
27-04-2018
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi
24-02-2018
Rüstəm Orucov gümüş medal qazandı
Rüstəm Orucov gümüş medal qazandı
29-10-2016
Rüstəm Orucov
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
  Xəbər Lenti
Misir dünya çempionatından imtina etdi - Kütləvi yoluxmaya görə 18.01.2021, 20:04
“Özilin transferinə çox sevinirəm” - Mövlud Çavuşoğlu 18.01.2021, 19:46
Dieqo Maradona Kuboku keçirildi - "Boka Xuiniors" qalib oldu 18.01.2021, 19:00
Yığmada baş məşqçi istefası - Səbəbi açıqlanmadı 18.01.2021, 18:35
"Zirə" - "Qəbələ" - 23-cü duel 18.01.2021, 18:30
"Çelsi"nin futbolçusu “Kasımpaşa”da - RƏSMİ 18.01.2021, 18:28
"Sabah"a autsayder kimi baxmaq olmaz - "Qarabağ"ın kapitanı 18.01.2021, 17:42
Şahmatçılar "Fuzuli Cup" turnirində qüvvələrini sınayacaqlar 18.01.2021, 17:20
Məşhur klub adını və loqosunu dəyişdirdi 18.01.2021, 17:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
Dünən, 11:24
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb