reklam
Azərbaycan millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin heyəti açıqlandı -Avropa çempionatı


Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası çempionata hazırlığı başa vurub.

Sportfm.az xəbər verir ki, yığma iki ay davam edən hazırlıq mərhələsində Mingəçevir və Bakının ardından Yunanıstan, Macarıstan, Bosniya və Herseqovinada təlim-məşq toplanışları və yoxlama oyunları keçirib.

Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Bosniya və Herseqovinadakı məşqlərdə tam heyətlə iştirak edib. 

Avropa çempionatında yığmanın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda baş məşqçi Vüqar Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek köməklik göstərəcəklər.

Milli komanda bu gün Bosniya və Herseqovinadan birbaşa çempionatın keçiriləcəyi Serbiyanın paytaxtı Belqrada yollanıb.

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Komandanın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Oyunların təqvimi

20 avqust
19:00. Azərbaycan - Belçika

21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
19:00. Rusiya – Azərbaycan

24 avqust
22:00. Azərbaycan - Serbiya

25 avqust
19:00. Fransa – Azərbaycan.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti açıqlandı
Voleybol yığmamız Rusiyaya qarşı - Avropa çempionatı
Millimiz növbəti oyununa çıxacaq - Avropa çempionatı
Azərbaycan millisi mübarizəyə başlayır - Avropa çempionatı Avropa çempionatı
Azərbaycan millisinin heyəti məlum oldu - Qızıl Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər