Azərbaycanın tanınmış gimnastı karyerasını bitirdi:"Bu illər sadəcə zaman itkisi imiş"
Azərbaycanın tanınmış idman gimnastı Murad Ağarzayev karyerasını bitiridiyini açıqlayıb.
Sportfm.az xəbər verir ki, ilk dəfə 2015-ci ildə Azərbaycan çempionu olan idmançı öz facebook hesabında bununla bağlı paylaşım edib:"Çox üzülərək bildirirəm ki, 16.5 illik gimnastika karyerama son qoydum. Bu illər ərzində həm çox güldum, həm çox üzüldüm, həm qalib oldum, həm məğlub. Üğürlarımda ən çox böyük rolu olan anama, Gimnastika federasiyasına və məşqçilərimə (Elşən Əliyev, Nizami Abbasov ) dərin təşəkkürümü bildirirəm. Məni hər yarışda dəstəkləyən və həmişə yanımda olanlar sizində dəstəyiniz çox xoşa gələn idi. Əsasəndə bir azərbaycanlı kimi, bir azərbaycanlı ad və soyadı ilə bayrağı qaldırmaq, tarix yazmaq mənim üçün böyük bir şərəf idi. Qabaqda Azərbaycanın tarixini yazacaq yeni gimnastlar yetişir. İnşallah onlarda tarix yazar və mən bir keçmiş kapitan komanda olaraq buna inanıram və məşq yoldaşlarımın uğurlarını səbirsizliklə gözləyəcəm. Amma bu idmanı atmaq mənə çox asan olmadı, atdıqdan sonra insan fikirləşir ki, bu illər sadəcə zaman itkisi imiş. Qarşımdakı illər inşallah bundan daha da xoş olar. Əlvida gimnastika, xoş gəldin yeni həyat".
Qeyd edək ki, 22 yaşlı idman gimnastı IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 25-ci qızıl medalını qazanıb.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl qazandı
Gimnastı Dünya Kubokunun qalibi oldu
Tanınmış idmançımız karyerasını bitirdi
17-ci Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi
Azərbaycanlı gimnast Bakıda bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası