reklam
Tanınmış idmançımız karyerasını bitirdi
Sportfm.az xəbər saytı

Tanınmış idmançımız karyerasını bitirdi


Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov idmançı karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 31 yaşlı R.Orucov bu haqda özünün Feysbukdakı rəsmi səhifəsində paylaşım edib. R.Orucov yazıb:

"Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm!

Ancaq hər səyahətin bir sonu da olur.

Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram.

Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm!

Nə yaxşı ki, varsınız!

İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır".

Xatırladaq ki, bir dəfə Avropa çempionu olan R.Orucov 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, iki dəfə dünya çempionatında da ikinci yeri tutub.

Oxşar xəbərlər

"İndi başqa bir tarix yazmağın vaxtıdır" - Mariya Stadnik
Rüstəm Orucov gümüş medal qazandı - Klublararası Avropa Çempionatı
Rüstəm Orucov Olimpiya Oyunlarını medalsız tərk etdi - Tokio-2020
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər