reklam
Azərbaycanlı gimnast Bakıda bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycanlı gimnast Bakıda bürünc medal qazandı


Azərbaycan gimnastı Nərminə Səmədova AGF Junior Trophy beynəlxalq turnirində topla hərəkətlərdə 18.350 bal toplayaraq bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (19.700 bal), gümüş medalı isə italiyalı gimnast Sofiya Raffaelli (19.300 bal) qazanıblar.

Topla hərəkətlərdə çıxış edən Azərbaycanın digər təmsilçisi Arzu Cəlilova 16.100 bal toplayıb və səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Oxşar xəbərlər

"AGF Trophy"də topla hərəkətlərdə finalçılar məlum oldu
Gimnastlarımızdan uğursuz çıxış - Dünya Kuboku
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu - FOTO
Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında
MGA-da 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər