"Şeydayevin "Qarabağ"ın oyununa uyğunlaşması üçün vaxt lazımdı" -Veteran futbolçu
"Dünən maraqlı oyun izlədik. "Qarabağ" bütün oyunboyu rəqibindən üstün futbol oynadı. Amma "Aşdod" da yaxşı müdafiə olunmağı bacardı”.
Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında “Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev deyib.
Vaxtilə Ağdam klubunun uğurları üçün mübarizə aparmış İmaməliyev Konfrans Liqasında mübarizə aparan "Qarabağ" haqda fikirlərini bildirib. O, ağdamlıların İsrail təmsilçisinə qarşı oyunda yaxşı futbol oynadığı söyləyib. Bununla yanaşı, Qurban Qurbanovun komandasının səfər qarşılaşmasından uğurlu nəticə ilə ayrılacağına ümid etdiyini dilə gətirib:
"Aşdod" yaxşı müdafiə olunsa da, "Qarabağ" qol epizodları yaratmağı bacardı. Sadəcə təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədilər. İnanıram ki, “Qarabağ” İsraildəki görüşdə də yaxşı oynayacaq və Bakıda yaratdığı qol epizodlarından daha çoxunu yaradacaq. Həmin epizodları da qola çevirəcəklər. “Qarabağ”ın oyunu bunu deməyə əsas verir. Hamımız səfərdə “Qarabağ”dan qələbə gözləyirik. Onlara uğurlar arzu edirəm”.
Emin, komandanın yeni transferləri haqda danışmağın erkən olduğunu deyərək, fikirlərini sonlandırıb: “Yeni transferlər necə idi? Bilirsiz, indi onlara vaxt lazımdı. Ki, komandaya uyğunlaşsınlar. İndidən nəsə demək çox tezdi. Sırf Şeydayev haqda isə onu deyə bilərəm ki, "Qarabağ"ın oyununa tam uyğunlaşması üçün vaxt lazımdı. Çox çalışqan futbolçudu, sadəcə zamana ehtiyacı var". (sportal)
Oxşar xəbərlər
"İsrail çempionatı bizim liqadan güclüdür" - Şahruddin Məhəmmədəliyev
"Heç bir halda arxaynlaşmaq olmaz" - Elxan Məmmədov
Qurban Qurbanov:"Rəşadın gücü tükənməyib"
Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"
"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası