Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"
“Səfər oyununda qol vurmaq əsas amillərdən biridir”.
Sportfm.az xəbər verir ki, bu sözləri BATE-nin baş məşqçisi Aleksey Baqa deyib. Belarus klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olub və qələbə qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
- Hesabı açdıq, bundan sonra “Qarabağ” hücuma keçməyə başladı . Bu da bizim işimizə yaradı.
-Təcrübənizdə səfərdə qalib gəlib, növbəti mərhələyə yüksəlmək olub?
- Açığı, yadımda deyil. Azarkeşlər çox səs-küylü idi.
- BATE vurduğu qoldan sonra oyunun əvvəlindəki kimi oynamadı. Belarusda da belə oyuna üstünlük verəcəksiniz?
- Bizim hələ bir həftə vaxtımız var. Əlbəttə, cavab oyunu bizim üçün çox çətin olacaq. Fiziki cəhətdən futbolçuların hansı durumda olacağına baxacağıq. Hazırlaşacağıq, bu haqda düşünməyə vaxtımız var.
- “Qarabağ” düşündüyünüz kimi oynadı?
- “Qarabağ”ın bir neçə oyununa baxmışıq. Rəqibin yaxşı futbolçuları, güclü heyəti var. Düzdü, “Qarabağ”ın oyununda dəyişiklik var. Amma biz onların yaxşı oyun sərgilədiyini gördük.
- Bugünkü oyunu növbəti mərhələdəki potensial rəqibiniz PSV-nin nümayəndələri izləyirdi. Onlar üçün bütün kartları açdınız?
- Bu haqda danışmaq çox tezdi. Bizi qarşıdakı oyun haqda düşünürük. Əgər PSV rəsmiləri burda idisə, deməli, həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var.
Oxşar xəbərlər
Aleksey Baqa:"İlk oyundakı hesab bizim üçün üçün psixoloji üstünlükdür"
BATE "Qarabağ"la oyunun hazırlıqlarına başladı
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
Aleksey Baqa: ""Qarabağ"a məğlubiyyət bizim üçün sürpriz olacaq"
BATE Bakıya 20 futbolçu ilə gəlir - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası