"Olimpiakos" - "Neftçi" oyunu azarkeşlərlə keçiriləcək -RƏSMİ
Yunanıstanda "Olimpiakos" ilə "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.
Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: "Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar".
Qeyd edək ki, iyulun 21-də "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir. (report)
Oxşar xəbərlər
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
"Neftçi" yunan klubuna qarşı - YENİLƏNİR
"Neftçi" "Olimpiakos"a qarşı - Çempionlar Liqası
Biletin qiymətləri açıqlandı - "Qarabağ" - "Aşdod"
Final matçına buraxılacaq azarkeş sayı - 7 800 nəfər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası