Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
"Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda öz meydanında İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Sportfm.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet bilet satışa çıxarılıb.
Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı xəbərə görə, artıq oyuna 7 min bilet satılıb.
Biletləri mərkəzi arenanın kassalarından, "FAV Azerbaijan"ın ofisindən və klubun "Park Bulvar"dakı fan-şopundan almaq mümkündür.
Biletlərin qiymətləri sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.
Qeyd edək ki, "Qarabağ" - "Aşdod" matçı sabah saat 20:00-da keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Kayrat" oyununa 13 mindən çox bilet satıldı - Konfrans Liqası
Avrokubok matçına satılmış biletlərin sayı - 15 min bilet
"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
Biletin qiymətləri açıqlandı - "Qarabağ" - "Aşdod"
"Qarabağ" - APOEL matçına 10 minə yaxın bilet satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası