reklam
Sportfm.az xəbər saytı

"Futbolu futbol üçün oynamaq lazımdır" -Tərlan Quliyev


“Səbail”lə oyuna yoxlama matçı kimi baxmırdıq. Əsas məqsəd taktiki gedişlərin üzərində çalışmaq idi".

Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında  “Keşlə”nin kapitanı Tərlan Quliyev "Səbail"lə 1:1 hesabı ilə bərabərə qaldıqları yoxlama matçı barədə danışarkən deyib.

O, ilk hissədə taktiki gedişlərin alındığını deyib: "Oyuna sırf taktiki gedişlərin təkmilləşdirilməsi üçün çıxmışdıq, hardasa alındı, hardasa alınmadı. Ümumilikdə oyunu qənaətbəxş hesab etmək olar. Son mövsümlə müqayisədə bir neçə futbolçumuz komandadan ayrılıb, yeni oyunçular gəlib. Onların komandaya uyğunlaşmaq problemi olmasa, hər şey qaydasına düşəcək".

T.Quliyev bildirib  ki, ötən mövsümdə də bir neçə aparıcı oyunçu, hətta özünün maaşı  azaldılıb: “Bu il də büdcə aşağı enib. Amma bu zəif oynamaq üçün səbəb ola bilməz. Futbolu futbol üçün oynamaq lazımdır. Müqavilə imzalamısansa, ürəkdən çıxış etməlisən”.

29 yaşlı müdafiəçi maliyyənin aşağı düşməsini uğursuzluqla əlaqələndirməyib:  “Düşünmürəm ki, maliyyənin aşağı düşməsi nəyəsə təsir edəcək. Ötən mövsümdə də güclü maliyyəyə sahib deyildik. Amma futbolçular çox yaxşı çıxış etdi. Azərbaycan kubokunu qazandıq, Premyer liqada çox saylı oyunlarımız olurdu ki, 3 xalı son anda əldən verirdik. Ümid edirəm ki, maliyyə məsələsi bizim oyunumuza ciddi təsir etməyəcək”. (qol.az)

Oxşar xəbərlər

“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim” - Açıqlama
"Məğlubiyyətlər komandada inamsızlıq yaradır” - Sənan Qurbanov
"Azərbaycanlı" Fineo: "Mən də dəqiq oynamaq istəyirdim"
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
Tərlan Əhmədov toplanış barədə danışdı: "İnkişaf var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər