"Məğlubiyyətlər komandada inamsızlıq yaradır” -Sənan Qurbanov
"Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni etdilər, amma istədiyimiz heç cür alınmadı. Matçın startı bəlkə biz istəyən kimi olmadı".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis hər iki hissədə qol imkanlarının yarandığını söyləyib: "Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. “Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoliji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.
Oxşar xəbərlər
"Psixoloji gərginliyi üstümüzdən ata bilmirik" - Sənan Qurbanov
"Buraxdığımız uşaq səhvi qolla nəticələndi" - Ramin Quliyev
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov
"Hücumçuya ehtiyacımız var" - Sənan Qurbanov
"Bizim işimiz axıra qədər mübarizə aparmaqdır" - Sənan Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO














Misli Premyer Liqası