reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Zirə” və “Səbail”lə qarşılaşacaq -Yoldaşlıq görüşü


“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin komandası iyulun 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq. “Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Bölgə təmsilçisi həmin gün "Zirə” ilə üz-üzə gələcək. İyulun 21-dəki rəqib isə “Səbail” olacaq.

Oxşar xəbərlər

"Qəbələ"nin rəqibləri müəyyənləşdi - Toplanış
“Qəbələ” “Qəbələ”yə qarşı oynayacaq - Yoxlama oyunu
"Qəbələ" Bakıda davam edəcək - Toplanış
"Qəbələ" "Proqres"lə cavab oyununa hazırlaşır
"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər