reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Proqres"lə cavab oyununa hazırlaşır


UEFA Avropa Liqasında mübarizə aparan “Qəbələ” 1-ci təsnifat mərhələsinin cavab oyununun hazırlıqlarını davam etdirir. 

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşmadan (0:2) sonra iyulun 19-dakı matça hazırlaşır.

Komanda  iyulun 13-də Qəbələdə məşq edib. Futbolçular bərpaedici hazırlıq keçib. Ardınca Bakıya yollanan “qırmızı-qaralar” bugünkü hazırlığını paytaxtda gerçəkləşdirib. Sənan Qurbanovun komandası məşq prosesini günün ilk yarısında gerçəkləşdirib. Futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetirib.

Xatırladaq ki, iyulun 19-da keçiriləcək “Proqres” – “Qəbələ” matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq.

Oxşar xəbərlər

“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
Avrokuboklardan uzaqlaşan "Qəbələ" hazırlığa başladı
"Qəbələ"dən mənasız qələbə
“Qəbələ” Lüksemburqda ilk məşqinə çıxdı
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər