reklam
UWW-dən AGF rəhbərinə yeni vəzifə
Sportfm.az xəbər saytı

UWW-dən AGF rəhbərinə yeni vəzifə


Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyevə ali qurum tərəfindən məsul vəzifə həvalə olunub.
Sportfm.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi sabah Almaniyanın Dortmund şəhərində start götürəcək gənclərin Avropa çempionatında UWW-nin texniki nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qarşıdakı bir həftə boyunca yarışa rəhbərlik edəcək Namiq Əliyev bu gün keçirilən iclasda və püşkatma mərasimində iştirak edib.
Tədbirdə pandemiya şəraitində UWW tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirləri, müvafiq qaydalar komandaların məşqçilərinin diqqətinə çatdırılıb. Son aylarda yarışlarda olduğu kimi, bu dəfə də görüş zamanı xalçanın kənarında əyləşəcək məşqçilər və mükafatlandırma mərasimində təltif olunacaq güləşçilər mütləq şəkildə maskadan istifadə etməlidir. Eyni zamanda, qarşılaşmaları idarə edəcək hakimlər də xalçada olarkən xüsusi qoruyucu vasitədən yararlanmalıdır.

Oxşar xəbərlər

Federasiya nümayəndəsi püşkatmada iştirak edəcək - Dünya çempionatı
Karate millimizdə yeni baş məşqçi: Rafael Ağayev kömək edəcək - Təyinat
Karateçilərimiz beynəlxalq yarışlarda 114 medal qazandı
"Çox məsuliyyətli bir vəzifə həvalə olunub" - Azərbaycan yığmasının baş məşqçisi
Seyidov federasiyanın baş katibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər