reklam
Seyidov federasiyanın baş katibi oldu
Sportfm.az xəbər saytı

Seyidov federasiyanın baş katibi oldu


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

Sportfm.az saytı xəbər verir ki, AMKF-in idarə heyəti tərəfindən verilən qərarla məsul post "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidova həvalə olunub.

M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış MirCabbar Seyidov bundan sonra Baş katibin məsul katibi vəzifəsində çalışacaq. Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaqdır. Ümumilikdə Federasiyanın, katibliyin əlaqəli işlərinə rəhbərlik MirHəsən Seyidov icra edəcək, O, eyni zamanda İRƏLİ İctimai Birliyinin idarə heyətinin Sədridir. 

O, 2015-ci ildən “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür və Prezident İlham Əliyev tərəfindən təsis olunmuş Gənclər üçün Prezident mükafatçısıdır.

Oxşar xəbərlər

Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirildi
Araz-Naxçıvan”ın yeni prezidenti məlum olub
Prezident İTV-yə maliyyə yardımı ayırdı - Olimpiya Oyunlarına görə
Karate Federasiyasının baş katibi yeni vəzifəyə təyin edildi
Elmir Vəliyev "Kəpəz"i tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər