reklam
Səhlənkarlıq, səhlənkarlıq, səhlənkarlıq -
Sportfm.az xəbər saytı

Səhlənkarlıq, səhlənkarlıq, səhlənkarlıq -Güləşçilərimiz 0 xalla sonuncudur


Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb. 

Sportfm.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.  

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib. 

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. 

Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib. 

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar.  Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub.(qafqazinfo)

Oxşar xəbərlər

Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Güləşçilərimiz Avropa çempionatında ikinci oldu - FOTO
Yunan-Roma güləçilərimiz birinci, sərbəstlər ikinci oldu - İranda
Əşrəf Əliyev Litvada nə etdi?
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər