reklam
Əşrəf Əliyev Litvada nə etdi?
Sportfm.az xəbər saytı

Əşrəf Əliyev Litvada nə etdi?


Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, ikinci yarış günündə güləşçilərimiz 1 bürünc medal qazanıb.

86 kq-da mübarizə aparan Əşrəf Əliyev həlledici görüşdə Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.

Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz Avropa çempionatında ikinci oldu - FOTO
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Son gündə 2 gümüş və 1 bürünc medal
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər