Güləşçilərimiz Avropa çempionatında ikinci oldu -FOTO
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz turniri üç gümüş və dörd bürünc medalla başa vurub.
İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.
Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan yığması isə üçüncü pillədə qərarlaşıb.
Çempionatın ilk günlərində mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz 1 qızıl, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olub. Yunan-Roma yığmamızda Ülvi Qənizadə (72 kq), qadın güləşçilərdən ibarət millimizdə isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.
Oxşar xəbərlər
Gənc sərbəst güləşçilər Avropa çempionatına yollanır - Heyət
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı - FOTO
Hərbçilərin Dünya çempionatından 11 medal
Güləşçilərimizdən medal "yağışı" - FOTO
Əşrəf Əliyev Litvada nə etdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası