MMA döyüşçümüz "Rizin 21"də uğurla debüt etdi
Fevralın 22-də MMA (qarışıq döyüş növləri) üzrə idmançımız Vüqar Kərəmov Yaponiyada birinci döyüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində Quam təmsilçisi Kayl Aquonu məğlub edib. Görüşdə idmançımız sağ qaşından zədə alsa da, hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.
Qeyd edək ki, V.Kərəmov Rizin Qran-prisində debüt edib. O, bundan əvvəl “Bellator”da mübarizə aparıb. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medala layiq görülən V.Kərəmov karyerası ərzində 17 döyüş keçirib, 14-də qələbə qazanıb, 3-də isə məğlub olub. K.Aquon isə 21 döyüşün 13-nü qələbə, 8-ni məğlubiyyətlə başa vurub.
Oxşar xəbərlər
İdmançımız yaponiyalını boğma fəndi ilə məğlub etdi
Tofiq Musayev yeni rinqdə - Müqavilə bağladı
Azərbaycanlı idmançılar karantinə alındı - Yaponiyada
Tofiq Musayev rinqə qayıdır - “Rizin-28” turnirində döyüşəcək
"Rizin"də daha bir döyüşçümüz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası