Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keşlə" "meydan sahibi" oldu -Final
Futbol üzrə Azərbaycan Kubokunun final görüşündə nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub.
Püşk əsasən “Keşlə” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.
Oxşar xəbərlər
Finalın püşkü atıldı - Azərbaycan Kuboku
Kubokda nominal meydan sahibi bilindi - FOTO
"Qəbələ" Naxçıvanda ev sahibi olacaq - FOTO
Azərbaycan kuboku: Qəbələdə ev sahibi "Keşlə" olacaq
"Qarabağ" Naxçıvanda meydan sahibi olacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası